Daha bir ölkədə maska tələbi ləğv edilib
24 Mart 2022 14:31 DünyaPolşada tibbi maska ilə bağlı tələb ləğv edilir. Olaylar-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Adam Nedzelski deyib.Onun sözlərinə görə, qərar martın 28-dən etibarən qüvvəyə minəcək. Nazir bildirib ki, ölkə ərazisində maska rejimi yalnız tibb müəssisələrində qüvvədə qalacaq.Eyni zamanda, həmin tarixdən etibarən Polşaya gələn xarici vətəndaşlar üçün karantin tələbi də aradan qaldırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31