Rusiya Xarkovun bir şəhərini ələ keçirdi

Rusiya silahlı qüvvələri Xarkov vilayətinin İzyum şəhərinə nəzarəti ələ keçiriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov səhər brifinqində bildirib.

İzyum şəhərinin 50 minə yaxın sakini var. Şəhər vacib dəmiryolu məntəqəsidir. 

Ukrayna rəhbərliyi isə şəhər uğrunda döyüşlərin davam etdiyini bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31