Conson: Putin artıq qırmızı xətti keçib

Olaylar.az xəbər verir ki, Britaniya Rusiya-Ukrayna müharibəsində Rusiya prezidenti Putinə qarşı sərt tonunu qaldırıb. "Putin Beynəlxalq Cinayət Məhkəməsi qarşısına çıxmalıdır, o, artıq qırmızı xətti keçib", - baş nazir Conson bildirib..

Rusiya prezidenti üçün "Beynəlxalq Cinayət Məhkəməsi qarşısında çıxış etməsinin doğru olacağını" deyən Conson Putinə təzyiqləri artıracaqlarını əmin edib.

O bildirib ki, Britaniya və onun Qərb müttəfiqləri Rusiyaya iqtisadi təzyiqləri artıracaq və prezident Vladimir Putinin qızıl ehtiyatlarına çıxışının qarşısını almaq üçün daha çox iş görülüb-görməmək istəyir.

"Biz daha çox iş görməliyik" deyə  Britaniyanın baş naziri söyləyib.

Conson Ukrayna prezidenti Zelenski ilə mütəmadi olaraq görüşdüklərini və qısa müddət ərzində üz-üzə görüşəcəklərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31