Çernobıl AES-in təcrid zonasında yanğınlar lokallaşdırıldı
24 Mart 2022 12:10 DünyaHazırda Çernobıl AES-in təcrid zonasındakı yanğınların əksəriyyəti lokallaşdırılıb.
Olaylar.az xəbər verir ki, bunu Ukraynanın ətraf mühit naziri Ruslan Streles canlı efirdə bildirib.
"NASA-nın təqdim etdiyi peyk təsvirləri sayəsində AES-in təcrid zonasındakı yanğınlar izlənilir. Son 2 həftədə 30 yanğın qeydə alınıb. Bu günədək yanğınların əksəriyyəti lokallaşdırılıb. Kiçik ərazilərdə yanğın davam edir" - deyə nazir bildirib.
Nazir əlavə edib ki, son günlərdə hava şəraiti yanğının miqyasının böyüməsinə imkan vermir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31