Kiyevdə partlayış zamanı rusiyalı jurnalist ölüb

Olaylar.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevin Rusiya qüvvələri tərəfindən atəşə tutulması zamanı bir rusiyalı jurnalist həlak olub.

İnsayderin jurnalisti Oksana Baulina Podil rayonunda partlayışdan sonrakı zərəri lentə alarkən dünyasını dəyişib.

Baulina əvvəllər rusiyalı dissident Aleksey Navalnının korrupsiyaya qarşı mübarizə fondunda çalışıb və Rusiyanı tərk edib.

İnsider, bombardman nəticəsində daha bir nəfərin öldüyünü, iki nəfərin isə yaralandığını bildirib.

Əlavə olaraq, Baulina əvvəllər Kiyev və Lvovdan bir neçə xəbər göndərdiyini bildirib.

İnsider müxbirin ailəsinə və yaxınlarına başsağlığı verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31