5,3 bal gücündə zəlzələ baş verdi

Olaylar.az xəbər verir ki,  martın 24-də Tayvanın şərqində 5,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Çinin seysmoloji xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Hualien şəhərindən 63,3 km cənub-qərbdə, sahildə, ocağı isə 19,6 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Taitung, Hualien, Nantou, Yunlin də daxil olmaqla bir sıra əyalətlərdə hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Ekspertlərin martın 23-də  gecə şərq sahilində baş vermiş 6,6 bal gücündə zəlzələdən sonra ada hazırda yüksək seysmik aktivlik yaşayır. Qayaların uçmasına səbəb olub, bir sıra yolları və yol ötürücülərini zədələyib, bir nəfər xəsarət alıb.

23 milyondan çox əhalisi olan Tayvan Sakit Okeanda, iki tektonik plitənin qovşağında yerləşir. Orada müntəzəm olaraq zəlzələlər olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31