Rusiyada “Google”a giriş məhdudlaşdırıldı
24 Mart 2022 10:43 DünyaUkraynada xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı yalan məlumatlar olan materiallara çıxışı təmin etdiyi üçün Rusiyada "News.Google" internet xidmətinə giriş məhdudlaşdırılıb".
Olaylar.az xəbər verir ki, bu barədə çərşənbə günü TASS-ın sorğusuna cavab olaraq Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin ("Roskomnadzor") mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Rusiya Baş Prokurorluğunun sorğusu əsasında "Roskomnadzor" ölkədə "News.Google" internet xidmətinə girişi məhdudlaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31