Avropa İKİÜZLÜLÜYÜ: Ukraynanın yanında olan Bakıya YOX, rus bayrağını qaldıran separatçılara DƏSTƏK

Reallıqdan və yaxın-uzaq tarixin təcrübəsindən çıxış edib, Avropa və Amerikanın "ikili standartlar"ından, təcavüzə uğramış Ukrayna ilə Azərbaycana, üstəlik, hər iki ölkədəki separatçılara fərqli münasibət sərgiləməsindən bəhs edəndə bəzi Qərb aşiqləri üstümüzə hücuma keçirlər. Buyurun, bu da sizə Avropa ədaləti!

Bir gün əvvəl Ermənistanın və Qarabağdakı erməni separatçıların qaz şivənindən bəhs etmişdik və illər boyu separatçıları, Ermənistandakı revanşistlərə "qaz verən" onların terroçu əməllərini stimullaşdıranların sükuta qərq olduğunu vurğulamışdıq. Sükut pozuldu, erməni separatçıları Avropa İttifaqı səviyyəsində himayə olundu!!! Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Piter Stano özünün Twitter mikrobloqunda separatçı-terrorçu ermənilərə elə ağı deyib ki, ermənilərin vanöysəsi yalan olub. "Zərərçəkmiş əhali"nin qaz təchizatını "təcili" (!) bərpa etməyə çağırıb.

Həmin bu Piter burnunu haraya soxduğunun fərqindədirmi görəsən? Qarabağ hardadır? Azərbaycanda! Ora qaz hardan gəlirdi? Ermənistandan. Niyə?! Hansı əsasla? Əvvəlcə oturub bu suala cavab tapsın, sonra ermənilərə "keşişlik" eləsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31