ABŞ sabah Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək
23 Mart 2022 23:41 Dünya"ABŞ cümə axşamı Rusiyaya qarşı həm fiziki şəxsləri, həm də müxtəlif strukturları əhatə edəcək yeni sanksiyalar paketini təqdim edəcək".
Olaylar.az bildirir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlama verib.
"Biz ABŞ, həm siyasi xadimlərə, həm oliqarxlara, həm də qurumlara şamil ediləcək sanksiyalar paketini elan edəcəyik. Bu, sabah ictimaiyyətə açıqlanacaq",- o, jurnalistlərə bildirib.
Sallivan ABŞ prezidenti Baydeni Aİ rəhbərliyi və G7 tərəfdaşları ilə Ukraynadakı hadisələri müzakirə etmək üçün Avropaya səfərində müşayiət edir.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31