Vladimir Zelenski Baydendən sanksiyalar tətbiq etməməyi xahiş etdi
23 Mart 2022 23:10 DünyaUkrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydendən rusiyalı oliqarx Roman Abramoviçə qarşı sanksiyalar tətbiq etməməyi xahiş edib.
Olaylar.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
Bildirilib ki, Abramoviç Kiyev və Moskva arasında sülh danışıqlarını asanlaşdıra bilər.
Qeyd edilib ki, Bayden Zelenski ilə bir sıra sanksiyalar, o cümlədən Abramoviç üçün planlaşdırılan cəzalar barədə məsləhətləşib.
Bu məsələ ilə bağlı hələlik nə ABŞ, nə də Ukrayna rəsmi cavab verib.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31