"ABŞ hökuməti müharibə məlumatlarını izləməyə davam edəcək" - Entoni Blinken

Bu gün mən hazırda olan informasiyaya əsaslanaraq bəyan edə bilirəm ki, ABŞ hökuməti Rusiya Silahlı Qüvvələrinin üzvlərinin Ukraynada müharibə cinayətləri törətməsini qiymətləndirir.

Olaylar.az bildirir ki, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken bəyanatla çıxış edib.

"Bizim dəyərləndirməmiz ictimaiyyətdən və kəşfiyyat mənbələrindən əldə edilən informasiyanın diqqətlə nəzərdən keçirilməsinə əsaslanır", - Blinken bildirib.

Blinken əlavə edib ki, ABŞ hökuməti müharibə cinayətləri barədə məlumatları izləməyə davam edəcək və müttəfiqlər, tərəfdaşlar, beynəlxalq institutlar və təşkilarlarla birlikdə topladığı müvafiq məlumatları paylaşacaq: "Biz cinayət təqibləri də daxil olmaqla, mövcud hər bir vasitədən istifadə edərək, (törədilən müharibə cinayətlərinə görə - red) cavabdehlik əldə etməyə sadiqik".

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31