"Dünyada siyasi qeyri-sabitlik və iğtişaşların toxumunu əkir" - Antonio Quterreş
23 Mart 2022 22:37 DünyaRusiyanın Ukraynaya hücumu Yaxın Şərqdə və Şimali Afrikada ərzaq böhranına səbəb ola bilər.
Olaylar.az bildirir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
Quterreş bildirib ki, Ukrayna və Rusiyadan taxıl idxalının dayanması bir çox ölkədə iğtişaşlara səbəb ola bilər.
"Ərzaq, yanacaq və gübrə qiymətləri kəskin artır, tədarük zənciri qırılır. Bütün bunlar ən kasıb ölkələri sərt şəkildə vurur və dünyada siyasi qeyri-sabitlik və iğtişaşların toxumunu əkir", - deyə Quterreş bildirib.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31