Türkiyə Qara dənizdə sülh və sabitliyin qorunması üçün səylərini davam etdirəcək - Təhlükəsizlik Şurası

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.

Olaylar.az bildirir ki, görüş təxminən 3 saat 45 dəqiqə davam edib.

Milli Təhlükəsizlik Şurası Türkiyənin Qara dənizdə sülh və sabitliyin qorunması üçün Montrö Konvensiyasının icrası ilə yanaşı vasitəçilik səylərini davam etdirəcəyini bildirib:

"Türkiyənin Qara dənizin şimal hissəsində baş verən hadisələrlə bağlı tarazlaşdırıcı mövqeyi, qlobal və regional sülhə nail olmaq üçün göstərdiyi səylərin məqsədyönlülüyü son hadisələrdə özünü təsdiqləyib".

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31