Türkiyə MTŞ-ın iclasında Ukrayna məsələsi müzakirə olunub
23 Mart 2022 20:51 DünyaTürkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) İclasında Ukrayna və Qara dənizdə sabitlik müzakirə edilib.
Olaylar.az bildirir ki, iclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edib.
İclasda, Rusiya-Ukrayna müharibəsi daxil olmaqla, bir çox regional məsələ müzakirə olunub.
Mətbuata açıqlamada bildirilib ki, iclasda Ukraynanın suverenliyi və ərazi bütövlüyü nəzərə alınmaqla iki ölkənin problemlərinin davamlı həlli üçün səylərin artırılmasına ehtiyac olduğu vurğulanıb.
Bundan əlavə, Türkiyənin Qara dənizdə sülh və sabitliyin qorunması üçün Montrö boğazlar konvensiyasının həyata keçirilməsi ilə yanaşı vasitəçilik səylərini davam etdirəcəyi bildirilib.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31