Zelenski Fransa parlamentində çıxış edib

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa parlamentinin yuxarı palatası olan Senatda çıxış edib.

Olaylar.az bildirir ki, çıxış 10 dəqiqə davam edib və sinxron tərcümə olunub.

Ukrayna rəhbəri çıxışının əvvəlində həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini istəyib. Sonra o, Mariupol şəhərini Birinci dünya müharibəsi zamanı dağıdılmış Verdenlə müqayisə edib. Çxışın sonunda Zelenski Avropadan Ukraynaya əlavə silah verilməsini və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini istəyib.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31