Ruslar Xerson teatrının direktorunu oğurladılar
23 Mart 2022 16:55 DünyaRusiya hərbçiləri Xerson Musiqili Dram Teatrının rəhbəri, Xerson Vilayət Şurasının üzvü Aleksandr Kniqanı oğurlayıblar.
Olaylar.az xəbər verir ki, bu barədə Oleşki şəhərinin meri Yevgeni Rışçuk deyib."Günümüz bəla ilə başladı. Şəhərimizin sakini, Xerson Regional Musiqili Dram Teatrının direktoru Aleksandr Kniqa ruslar tərəfindən qaçırıldı. Onu naməlum istiqamətə apardılar. Getdikcə daha çox adam oğurlanır. Növbə mənə gəlsə, bilin ki, bütün xidmətlər işləyir, hər şey işlənib, şəhərdə panika olmayacaq",- o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31