ABŞ Rusiyanın döyüş gücünün 90%-dən aşağı düşdüyünü deyib

"Rusiya ordusu Ukraynada xeyli canlı qüvvə və texnika itkisi verib. Ukraynaya genişmiqyaslı hücumun başlamasından bu günə qədər işğalçıların döyüş gücü 90%-dən aşağı düşüb".

Olaylar.az xəbər verir ki, bu barədə The Guardian yazır.

Qeyd olunur ki, Rusiya qoşunları xeyli itki verir, lakin Rusiyanın hələ də resursları var. ABŞ-ın hesablamalarına görə, Kreml işğaldan əvvəl Ukrayna ətrafında 150 000-dən çox hərbçi, həmçinin təyyarə, artilleriya, tank və digər atəş gücünə malik olub.

"Biz Rusiyanın döyüş gücünün 90%-dən bir qədər aşağı olduğunu təxmin edirik", - ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31