Ukrayna müharibəsində indiyədək 121 uşaq həlak olub

Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən indiyədək 121 ukraynalı uşaq öldürülüb, 167 azyaşlı isə yaralanıb.

Olaylar.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib.

Onun sözlərinə görə, Kiyev vilayətində 61, Xarkovda 41, Donetskdə 40, Çerniqovda 32, Nikolayevdə 24, Kiyev şəhərində 16, Jitomir və və Xersonda 15, Sumıda 14 uşaq müharibədən zərər çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31