Rusiyanın dəniz piyada briqadasının komandiri öldürülüb
23 Mart 2022 13:00 DünyaUkrayna hərbçiləri Rusiya dəniz piyada briqadasının komandirini öldürüb.
Olaylar.az xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Sergey Bratçuk məlumat verib.
O qeyd edib ki, düşmənlər, o cümlədən Odessaya basqın etməyi planlaşdıran rus dəniz piyadaları indi Nikolayevlə Mariupol arasında hardasa "çürüyürlər".
O, Ukrayna Silahlı Qüvvələrinə və doğma torpaqlarını işğalçılardan qoruyan hər kəsə təşəkkür edib və qələbəyə inandığını da əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31