Ukrayna: Ruslar Çernobıl laboratoriyasını məhv etdi

Olaylar.az xəbər verir ki, Ukrayna rəsmiləri iddia edib ki, Çernobıl AES-i zəbt edən rus qoşunları ərazidəki laboratoriyanı talan ediblər.

Bu barədə Ukraynanın Dövlət Evakuasiya Zonalarının İdarə Olunması Agentliyi məlumat yayıb. 

"Bu gün laboratoriyada düşmənin əlində yüksək aktiv nümunələr və radionuklid nümunələri var idi", - dövlət agentliyi Facebook-da yazıb.

Təxminən altı milyon avroya başa gələn laboratoriyada Avropanın heç bir yerində tapılmayan qiymətli analitik avadanlıq da var.

1986-cı ildə dünyanın ən böyük nüvə qəzasının baş verdiyi Çernobıl işlək elektrik stansiyası olmasa da, hələ də daimi nəzarət tələb edir.

Ruslar onu keçən ay müharibənin ilk günlərində ələ keçirdilər.

Köhnə nüvə sahəsi böyük narahatlıq doğurur və bu həftənin əvvəlində Ukrayna parlamenti zavodun ətrafında baş verən meşə yanğınlarının peyk görüntülərini nümayiş etdirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31