ÜST-dən koronavirus məhdudiyyətlərinin ləğvinə reaksiya

Avropada məhdudiyyətlərin aradan qaldırılmasından sonra COVID-19-a yoluxma hallarında artım müşahidə olunur.

Olaylar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge bildirib.

Onun sözlərinə görə, yoluxmaların sayında artım Avropanın 53 ölkəsindən 18-də qeydə alınıb.

"Bəzi Avropa ölkələri, o cümlədən Almaniya, Fransa, İtaliya və Böyük Britaniya COVID-19-a qarşı mübarizə çərçivəsində məhdudiyyətləri çox kəskin şəkildə aradan qaldırdılar və indi yoluxma sayında artım müşahidə olunur", - H.Kluge qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31