ABŞ Moskvadakı səfirliyini bağlamaq fikrində deyil - Con Sallivan
22 Mart 2022 23:59 DünyaABŞ Moskvadakı diplomatik missiyasını bağlamaq fikrində deyil.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu yerli KİV-ə müsahibəsində ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan deyib.
"Bildirmək istəyirəm ki, ABŞ-ın Moskvadakı səfirliyini bağlamaq, prezident Co Baydenin isə məni səfir kimi geri çağırmaq niyyəti yoxdur", - C.Sallivan qeyd edib.
Səfir həmçinin prezident və dövlət katibi Entoni Blinkenlə söhbətlərdən Rusiyada diplomatik nümayəndəliyin nə qədər vacib olduğunu yaxşı bildiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31