Ağ Evin mətbuat katibinin koronavirus testi müsbət çıxıb

Ağ Evin mətbuat katibi Cen Psaki koronavirusa yoluğduğunu və karantinə gedəcəyini bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə C. Psakinin çərşənbə axşamı yaydığı bəyanatda qeyd edib.

"Bu səhər Avropaya səfərə hazırlıq çərçivəsində PCR testdən keçdim. Testin cavabı müsbət oldu", - bəyanatda vurğulanır.

O, həmçinin qeyd edib ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin tövsiyələrinə əməl edəcək və Prezident Co Bayden ilə Avropaya səfərə getməyəcək.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31