“Rusiya nüvə silahından istifadə edə bilər”- Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin nüvə silahından istifadəsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Olaylar.az TASS-a istinadən bildirir ki, o, Rusiyanın qorxunc silahdan yalnız ölkə üçün təhlükə yaranarsa, istifadə edə biləcəyini deyib.

"Rusiyanın milli təhlükəsizliyi konsepsiyası nüvə silahının yalnız onun mövcudluğuna təhlükə yarandığı halda istifadəsini nəzərdə tutur", - deyə prezidentin sözçüsü bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31