İsraildə bıçaqla silahlanmış şəxs 4 nəfəri öldürüb

İsrailin cənubunda Beersheba şəhərində ticarət mərkəzinə bıçaqla silahlanmış çəxsin hücumu nəticəsində dörd israilli həlak olub, bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Kan dövlət radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, hücumu əvvəllər terror təşkilatında iştiraka görə həbs cəzası çəkən İsrail vətəndaşı olan Hura ərəb kəndinin sakini həyata keçirib. Hücum edən şəxs hadisə yerində cavab atəşi ilə zərərsizləşdirilib.

Bildirilir ki, terrorçunu hadisı şahidi açdığı atəşlə neytrallaşdırıb. Hücum edən şəxs aldığı yaralardan dünyasını dəyişib.

İsrailin baş naziri Naftali Bennetin ofisindən bildirilib ki, baş nazir insidentlə bağlı məlumat toplayır və hazırda daxili təhlükəsizlik naziri və baş polis müfəttişi ilə görüş keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31