"Bu müharibəni udmaq mümkün deyil" - Quterreş

BMT-nin baş katibi Antonio Quterreş Ukraynada hərbi əməliyyatları dayandırmağa və dərhal danışıqlara başlamağa çağırıb.

Olaylar.az bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.

Onun fikrincə, diplomatik tərəqqinin elementləri indi bir neçə əsas məsələdə görünür: "Hazırda döyüşləri bitirmək və ciddi danışıqlara başlamaq üçün masanın üzərinə kifayət qədər sənədlər var. Bu müharibəni udmaq mümkün deyil. Gec-tez döyüş meydanından danışıqlar masasına keçilməli olacaq".

BMT-nin baş katibi bildirib ki, Ukraynada müharibənin davam etdirilməsi mənəvi cəhətdən qəbuledilməzdir, siyasi baxımdan bağışlanmaz və hərbi baxımdan mənasızdır: "İstənilən ölçüdə - hətta ən ağıllı hesablama ilə belə hərbi əməliyyatları dayandırmağın və sülhə şans verməyin vaxtıdır. Bu dəhşətli absurd müharibəyə son qoymağın vaxtıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31