Rusiyanın atdığı “İsgəndər” havada vuruldu
22 Mart 2022 19:42 DünyaRus ordusu Ukraynanın Vinnitsa bölgəsini "İsgəndər" raket kompleksindən atəşə tutub.
Olaylar.az bildirir ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri düşmənin qanadlı raketini vura bilib.
Bu barədə Vinnitsa OVA-nın sədri Sergey Borzov məlumat verib. Raket parçaları boş sahəyə düşüb.
"Üstəgəl bir "İsgəndər"", Borzov yazıb və raketin qalıqlarının fotosunu da təqdim edib.
Bundan əvvəl Kiyevdə də işğalçıların eyni adlı raketi vurulmuşdu.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31