Rusiyalılar çayda pusquya salındı: 19 ölü, 46 yaralı - FOTO
22 Mart 2022 18:57 DünyaRusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin Mühafizə Tank Ordusunun mühəndis qoşunlarının rəisi, polkovnik Nikolay Ovçarenko İzyum rayonu Severski kəndi ərazisindən keçən Şimali Donets çayı üzərində ponton-körpü tikən qoşun qrupuyla birlikdə öldürülüb.

Ukraynanın daxili işlər nazirinin müavini Vadim Denisenko bu barədə "Rada" telekanalının efirində məlumat verib.
N.Ovçarenko ilə birlikdə Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsinin 45-ci əlahiddə mühəndis-istehkam briqadasının )11361 h/h) 18 hərbçisi həlak olub, 46 nəfər yaralanıb.
N.Ovçarenko Qərb Dairəsinin şəxsi heyəti arasında peşəkarlığı ilə ad çıxarmış zabit idi.

milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31