“Ukraynanın dirənişi qəhrəmanlıqdır” – Draqi

İtaliyanın baş naziri Mario Draqi Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəklədiyini bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Baş nazir qeyd edib ki, İtaliya Ukraynanı Aİ-də görmək istəyir, lakin islahatlara ehtiyac olduğundan proses uzun çəkəcək: "Prezident Zelenskiyə demək istəyirəm ki, İtaliya bu prosesdə Ukraynanın tərəfindədir. İtaliya Ukraynanın Avropa İttifaqında olmasını istəyir".

Draqinin sözlərinə görə, Ukraynanın Rusiyanın hücumuna qarşı dirənişi qəhrəmanlıqdır: "Rusiya hökumətinin təkəbbürü Moskvanın ekspansionist məqsədlərini cilovlamağı bacaran Ukrayna xalqının ləyaqəti ilə toqquşdu". Baş nazir ukraynalı qaçqınlara dəstək, Kiyevə hərbi yardım vəd edib.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31