Niderlandda “44 günlük Vətən Müharibəsindən sonra” mövzusunda tədbir keçirilib


"44 günlük Vətən Müharibəsindən sonra"  mövzusunda Miqrasiya Proseslərinin Tətbiqi İctimai Birliyinin sədri, Docent Doktor Fəridə Hicran  Vəliyevanın layihəsi əsasında Niderland Krallığında silsilə görüş və tədbirlər təşkil olunmuşdur. Belə tədbirlərdən biri də Benilüks Azərbaycanlıları Konqresi (BAK ) ın sədri Elsevər Məmmədovun təşkilatçılığı ilə baş tutdu. Tədbirdə, eləcə də, Bakıdan gələn qonaq, Sahibkar Qadınlar İctimai Birliyinin Prezidenti Zemfira Ağayeva da iştirak etmişdir.
Giriş sözü ilə qonaqları salamlayan və BAK a təşrif buyurduqları üçün, onlara öz təşəkkürünü bildirən  BAK sədri Elsevər Məmmədov sözü Fəridə Hicrana verdi.
Fəridə Hicran,  44 günlük müharibə zamanı Şanlı Ordumuzun və xalqımızın göstərdiyi igidlik və fədakarlıqdan danışaraq doğma Qarabağımızın 30 illik düşmən caynağı altından axırı ki, azad olmasını və rahat nəfəs almasını vurğuladı. Bu illər ərzində çəkdiyi Vətən həsrətinin acılı xatirələri Fəridə xanımın, bir Qarabağlı kimi, qəlbinə qubar olub dərdə çevrilməsi onu nakam bir şairəyə çevirmişdir.  Erməni vəhşıyı ucbatından yerlə - yeksan olan Qarabağımızın şəhər və kəndlərini bu halda aşkarlamaq Fəridə Xanımın dərdli fəryadına, ahu-zarına çevrildi.  Tarixi memarlıq abidələrinin darmadağın edilməsindən, təbiətimizə vurulan ziyandan ürək ağrısı ilə danışan Fəridə Hicran, Prezident İlham Əliyevin apardığı məntiqli və uzaqgörən siyasəti və hərbi  uğurları  barədə geniş məlumat verdi. Şanlı Qələbəmiz bir çıraq olaraq bütün həsrətli qəlblərin məlhəmi olmuş,  xalqımıza Vətən torpağına bir daha qayıdış sevincini yaşatmışdır.
Qazandığımız Qələbəyə görə Ordumuza dərin rəğbət və minmətdarlığını bildirən Fəridə Xanım, eləcə də, xaricdə yaşayan həmvətənlərimizin bu işdə, "arxa cəbhə" kimi gostərdiyi iş və fədakarlığına görə öz təşəkkürlərini bildirdi.
Bu əsas işdə bizlərə daha mətin  və cəsur olmağa səslədi.
Azərbaycanın ədalətli mübarizəsinin bütün dünyada səs salmasını vurğulayan Fəridə Hicran, həmçini, Vətənimizin təbliğatına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının mühüm olmasını tədbir iştirakçılarının nəzərinə çatdırdı və gələcək işlərində, burada fəaliyyət göstərən bütün icmalara uğurlar arzuladı.
Şəhidlərin ruhunun xatirəsini bir dəqiqəlik sükutla yad edən Ana Vətən Avropa Azərbaycanlı Qadınları Birliyinin sədri Mayisə Ağamirzəyeva öz çıxışına başladı. O, muharibədən əvvəl, müharibə zamanı və sonrası görülən işlərdən danışaraq həmvətənlərimizin bu işdə çiyin-çiyinə fədakarcasına çalışaraq Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə və lazımi təşkilatlara layıqıncə çatdırıldığını vurğuladı.
BAK sədr müavini Sima Jəfərli də  BAK da gedən iş və tədbirlərdən söhbət açaraq gələcək plan və işlərə nəzər saldı. O, həmçinin BAK üzvlərinin 44 günlük müharibə zamanı və sonrası keçirilən tədbirlərdən danışdı. Şuşanın alınması ilə bağll BAK qərargahında Niderlandda fəaliyyət göstərən bütün icmaların iştirakı ilə keçirilən Bayram abu havalı yığıncağını xatırlayaraq hər kəsin keçirdikləri sevinc və qürur hisslərini bölüşdu.
Daha sonra Lady Club təsisçisi Kəmalə Cəlilova öz  ürək sözlərini söyləyərək, Vətən yolunda görüləcək işlərdə hər kəsə uğurlar arzuladı.
Həmçini,  iştirakçılar arasında fikir mübadiləsi edildı və müharibədən öncə və sonrakı dövrdə Niderlandda Azərbaycan İcmalarının keçirdikləri tədbir və aksiyalar barədə müzakirələr oldu.
Öz xatirə və hisslərini bölüşən tədbir iştirakçıları bir birlərinə gözəl əhval ruhiyyə və xoş ovqat bəxş etdilər.
Vətənimizdən gələn hər bir qonaq özü ilə qürbətdə yaşayan həmvətəninə sevinc payı bəxş edir.
İştirakçılar, Fəridə Hicrana və Zemfira Ağayevaya maraqlı tədbirə görə öz təşəkkürlərini bildirdilər, onlara işlərində bol uğurlar arzuladılar.
Gələcəkdə belə görüşlərin təşkil olunması və yeni layıhələr keçirilməsi istəyini bildirdilər.

BAK mətbuat katibi Gülnarə Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31