Rusiyada "WhatsApp"ın bloklanacaq?

Rusiyada "WhatsApp" messencerinin bloklanması nəzərə alınmır.

Olaylar.az xəbər verir ki, bu barədə TASS-a Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas bildirib.

Klişas "WhatsApp"ı bloklamaq planlarının olmadığını deyib.

Bundan əvvəl Rusiya Federasiyasının Vətəndaş Palatasının (VP) İnternet istifadəçilərinin hüquqlarının müdafiəsi üzrə işçi qrupunun rəhbəri Aleksandr Malkeviç TASS-a müsahibəsində messencerin Rusiyada da bloklanmasının lazım olduğu fikrini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31