Litva Rusiya və Belarusun UNESCO-dan kənarlaşdırılmasını təklif edib
21 Mart 2022 22:53 DünyaLitva Ukraynadakı münaqişəyə görə Rusiya və Belarusun UNESCO-dan kənarlaşdırılmasını təklif edib.
Olaylar.az TASS-a istinadla bildirir ki, müvafiq təklif Litva Seyminin gündəliyinə daxil edilib.
Sənədin müəllifləri iddia edirlər ki, Ukraynaya münasibətdə BMT-nin və beynəlxalq hüququn prinsipləri pozulub. Bu səbəbdən Rusiya və Belarusun UNESCO-nun komitələrində və proqramlarında iştirakı dayandırılmalıdır.
Təklid sabah parlamentin müzakirəsinə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31