Zelenski Rusiyanın Ukraynaya ultimatumlarına cavab verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının ultimatumlarının ölkəsi üçün qəbuledilməz olduğunu bildirib.

Olaylar.az bu barədə UNİAN-a istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, Rusiya yalnız Ukraynanın məhv edildiyi halda qəbul edilə bilər.

"Ukrayna Rusiya Federasiyasının ultimatumunu yerinə yetirə bilməz. Bundan ötrü hamımızı məhv etmək lazımdır, onda onların ultimatumu yerinə yetiriləcək. Məsələn, Xarkovu, Mariupolu və ya Kiyevi verməklə bağlı. Nə Xarkov, Mariupol, nə Kiyev, nə də mən, Prezident, biz bunu edə bilərik", - Zelenski qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31