Rusiyada “WhatsApp”ın bloklanması təklif edilir
21 Mart 2022 21:03 DünyaRusiyanın İctimai Palatası Federasiya ərazisində "WhatsApp" mesencerinin bloklanmasını təklif edib.
Olaylar.az xəbər verir ki, bunu TASS agentliyinə palatanın işçi qrupunun rəhbəri Aleksandr Malkeviç bildirib.
Qrup rəhbəri bildirib ki, ölkədə Meta şirkətinin məhsulları olan "Facebook" və "Instagram" bağlandığı halda, şirkətə məxsus mesencerin açıq saxlanması məntiqsizdir. "WhatsApp" mesencerində kifayət qədər yalan xəbər yayıldığı halda, onu istisna hal kimi açıq saxlamaq olmaz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31