Rusiya Yaponiya ilə sülh müqaviləsi ilə bağlı danışıqlardan imtina edib

Rusiya Yaponiya ilə sülh müqaviləsi ilə bağlı danışıqlardan imtina edib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bundan başqa qeyd olunub ki, Moskva Cənubi Kuril adalarında müştərək təsərrüfat fəaliyyətlərinin yaradılması ilə bağlı Tokio ilə dialoqdan çıxır.

Yaponiya sanksiyalarına cavab olaraq Rusiya da yaponların Cənubi Kuril adalarına vizasız gediş-gəlişini dayandırır.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31