Yeni Zelandiya sahillərində gəmi batıb
21 Mart 2022 15:10 DünyaYeni Zelandiyanın şimal sahillərində gəminin batması nəticəsində 5 nəfər itkin düşüb.
Olaylar.az xəbər verir ki, bu barədə "New Zealand Herald" qəzeti xəbər verib.
Məlumata əsasən, 10 nəfər olduğu gəmi bazar günü saat 20:00 radələrində təhlükə siqnalı verib. Axtarış tədbirləri nəticəsində 5 nəfər xilas edilib, onların vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Xilasetmə işləri hələ də davam edir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31