"Biz yeni Qazaxıstan quracağıq, ikinci respublika yaranmayacaq" - Tokayev

"Qarşıda bizi irimiqyaslı islahatlar, yeni Qazaxıstanın quruculuğu gözləyir".

Olaylar.az "Zakon"a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev martın 21-də Novruz bayramına həsr edilən tədbirdə bildirib.

"Biz gənclərlə birlikdə yeni Qazaxıstan quracağıq, bizim bu istiqamətdə bütün işlərimiz alınacaq, ikinci respublika yaranmayacaq", - Kasım-Jomart Tokayev vurğulayıb.

Xatırladaq ki, Novruz bayramı Qazaxıstanda da dövlət səviyyəsində qeyd olunur. Bayramla əlaqədar martın 21-23-ü istirahət günləridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31