Çində sərnişin təyyarəsi qəzaya uğrayıb

Boeing 737 sərnişin təyyarəsi Çinin cənubunda qəzaya uğrayıb.

Olaylar.az bildirir ki, bu barədə Çinin milli televiziyası məlumat yayıb.

"China Airlines şirkətinə məxsus, içərisində 133 nəfərin olduğu Boeing 737 sərnişin təyyarəsi Çinin Quanksi-Çjuan Muxtar Bölgəsinin Vuzhou şəhərinin Teng qraflığında qəzaya uğrayıb"-deyə xəbərdə deyilir.

Ölən və yaralananlar barədə məlumat verilməyib, axtarış-xilasetmə işlərinə başlanılıb.

Qəza yerində meşə yanğınının başladığı məlum olub.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31