Ukraynada hərbi vəziyyət rejimi uzadıldı

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyət rejiminin martın 26-dan 30 sutka uzadılması barədə qanunu imzalayıb.

Olaylar.az bildirir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

Hərbi vəziyyət rejimi 26 mart saat 05.30-dan 30 sutka müddətində uzadılıb.

Qeyd edək ki, bundan əvvəl 24 fevral saat 05.30-da Ukraynada 30 sutkalıq hərbi vəziyyət rejimi elan edilmişdi.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31