Ukraynada 10 milyon insan qaçqın və köçkünə çevrilib
20 Mart 2022 20:08 DünyaUkraynada ən azı 10 milyon insan evini tərk edib, ölkəni tərk edərək qaçqına, yaxud ölkə daxilində köçkünə çevrilib.
Olaylar.az bildirir ki, bu barədə bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi "Twitter"-də paylaşım edib.
Qeyd edilib ki, martın 19-dək Ukraynanı 3 389 044 insan tərk edib. Onlardan 2 050 392 nəfəri Polşaya, 527 247 nəfəri Rumıniyaya, 362 514 nəfəri Moldovaya, 305 518 nəfəri Macarıstana üz tutub.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31