ABŞ-da atışma nəticəsində azı bir nəfər ölüb, xeyli yaralı var
20 Mart 2022 20:06 DünyaABŞ-ın Texas ştatının Dallas şəhərində şənlik gecəsində baş verən atışma nəticəsində ən azı bir nəfər ölüb, 10 nəfər yaralanıb.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə WFAA telekanalı məlumat yayıb.
Hadisə gecə yarısı baş verib. Telekanalın mənbələrinin məlumatına görə, şənliyin bir neçə iştirakçısı küçəyə çıxıb, bundan sonra yoldan keçən avtomobildən onlara atəş açılıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31