“Zelenski oyuncaqları” saatlar ərzində satıldı - VİDEO
19 Mart 2022 23:57 DünyaUkraynanın Odessa şəhərində ukraynalılar silah və ilk yardım təlimləri keçərkən paytaxt Kiyevdə xalq 1,5 milyon lalədən Ukrayna gerbi düzəldib.
Olaylar.az "TRT HABER"-ə istinadənxəbər verir ki, Ukraynaya yardım məqsədilə istehsal edilən "Zelenski oyuncaqları" isə saatlar içində satılıb.
Sofia meydanına sərilən lalələr ukraynalı qadınların şərəfinədir.
ABŞ-ın Çikaqo şəhərində bir oyuncaq firması Ukraynada müharibədən zərər çəkənlər üçün yardım kampaniyası təşkil edib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin oyuncağını istehsal edən firma hər nüsxəni 100 dollardan satışa çıxarıb. İçində Ukrayna bayrağının da olduğu müxtəlif oyuncaqlar isə 20 dollardan alıcı tapıb.
İlk partiya oyuncaqların hamısı satılıb və 145 min dollar yardım toplanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31