Belarus diplomatları Ukraynanı tərk edib
19 Mart 2022 23:39 DünyaBelarusun Ukraynadakı səfirliyinin sonuncu əməkdaşları Ukraynanı tərk edib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu Belarus Mərkəzi Televiziyasına ölkənin Kiyevdəki səfiri İqor Sokol bildirib.
"XİN rəhbərliyi səfirliyin təxliyəsinə qərar verdi. Sonuncu 11 əməkdaş və onların ailə üzvləri Ukraynanın təqdim etdiyi koridorla ölkəni tərk edib" - deyə səfir vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31