Əlcəzair İspaniyadakı səfirini geri çağırıb
19 Mart 2022 22:37 DünyaƏlcəzair İspaniya hökumətinin Qərbi Sahara məsələsində mövqeyində kəskin dəyişikliyə işarə edən bəyanatlarından sonra Madriddəki səfirini məsləhətləşmələr üçün dərhal geri çağırmaq qərarına gəlib.
Olaylar.az bildirir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə deyilir.
Qeyd edək ki, İspaniyanın Baş naziri Pedro Sançes Mərakeş kralı VI Məhəmmədə məktub göndərib və orada rəsmi Madridin "Mərakeş üçün Sahara probleminin əhəmiyyətini qəbul etdiyini" qeyd edib.
Hökumət başçısı vurğulayıb ki, "İspaniya 2007-ci ildə təqdim edilmiş muxtariyyətlə bağlı Mərakeş təşəbbüsünü (Saxara regionlarının - Red) bu mübahisəli məsələnin həlli üçün ən ciddi, real və etibarlı əsas hesab edir".
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31