Zelenski İsveçrə xalqına müraciət etdi
19 Mart 2022 22:21 DünyaUkrayna prezidenti Vladimir Zelenski videobağlantı vasitəsilə Berndəki müharibə əleyhinə nümayişə qatılıb.
Olaylar.az xəbər verir ki, Zelenski çıxışı zamanı İsveçrə hökumətini rus oliqarxlarının yerli banklardakı hesablarını bloklamağa çağırıb. Həmçinin Rusiyada biznesinə son verməyən "Nestle" şirkətini tənqid edib. İsveçrə parlamentinin qarşısındakı meydanda keçirilən aksiyaya bir neçə min insan toplaşıb.
İsveçrə prezidenti İqnazio Kassis səhnədən Zelenskini şəxsən salamlayıb: "Xalqınızın cəsarəti, azadlıq və sülh uğrunda apardığı mübarizə bizi heyran edir".
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31