"Baker Hughes" Rusiya ərazisində investisiyalarını dayandırır

Beynəlxalq neft xidmətləri şirkəti "Baker Hughes" Ukraynadakı hadisələr ilə əlaqədar Rusiya Federasiyasındakı fəaliyyətinə yeni investisiyaların qoyulmasını dayandırmaq qərarına gəlib.

Olaylar.az bildirir ki, bu barədə şirkətin sədri və baş icraçı direktoru Lorenso Simonellinin bəyanatında deyilir.

"Biz vəziyyəti izləməyə davam edirik. Şirkət qüvvədə olan beynəlxalq qanunlara və sanksiyalara, habelə cari müqavilə öhdəliklərinə əməl etməyə davam edəcək", - deyə bəyanatda bildirilir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31