"Hazırda əsir götürülmüş Rusiya hərbçiləri Ukraynadadır" - Vereşuk
19 Mart 2022 21:55 Dünya"Hazırda əsir götürülmüş 562 Rusiya hərbçisi rəsmi olaraq Ukraynadadır".
Olaylar.az xəbər verir ki, bunu Ukrayna baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri İrina Vereşuk bildirib.
Onun sözlərinə görə, bütün hərbi əsirlərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılır.
"Hazırda bizdə rəsmi olaraq Rusiya Federasiyasının 562 hərbi əsiri var", - o, "TSN" telekanalına müsahibəsində deyib.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31