ABŞ Bolqarıstana zirehli texnika göndərəcək
19 Mart 2022 21:02 DünyaPentaqon NATO-nun Bolqarıstandakı hərbi qərargahına "Stryker" çoxfunksiyalı zirehli döyüş maşınlarını göndərəcək.
Olaylar.az xəbər verir ki, bunu Bolqarıstan Baş naziri Kiril Petkov Pentaqon rəhbəri LLyod Ostinlə görüşdən sonra mətbuata açıqlamasında deyib.
"Vladimir Putinin başladığı müharibə bütün Avropanı riskə atdı. Bu mürəkkəb mühitdə heç kim öz təhlükəsizliyini təkbaşına təmin edə bilməz. Təhlükəsizliyimizi həm də NATO müttəfiqlərimizlə birgə müdafiə etməliyik. Biz NATO-yuq" - Petkov bildirib.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31