Suriya təcriddən çıxır? – Əsəd 10 ildən sonra ərəb ölkəsinə gedib
19 Mart 2022 19:25 DünyaSuriya prezidenti Bəşər Əsəd 2011-ci ildən - Suriyada vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə ərəb ölkəsinə səfər edib.
Olaylar.az xəbər verir ki, bu barədə Suriya dövlət agentliyi məlumat yayıb.
Məlumata görə, Əsəd Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Xəlifə bin Zayed Əl Nəhyan və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla danışıqlar aparıb. Görüşlərdə xarici qoşunların Suriyadan çıxarılması, suriyalılara siyasi və humanitar dəstəyin göstərilməsi ətrafında müzakirələr aparılıb.
DPA agentliyi qeyd edir ki, Bəşər Əsədin BƏƏ-yə səfəri Suriya rejiminin ərəb dünyasından təcridinin sona çatdığına və Suriyanın tezliklə Ərəb Dövlətləri Liqasına qayıda biləcəyinə daha bir işarədir. Suriyanın Ərəb Liqasına üzvlüyü 2011-ci ildə Suriyada vətəndaş müharibəsinə çevrilən hökumət əleyhinə etirazların amansızlıqla yatırılması fonunda dayandırılıb.
BƏƏ uzun müddətdir ki, Suriya ilə yaxınlaşmağa çalışır. 2021-ci ilin noyabrında BƏƏ xarici işlər naziri Əsədə Dəməşqdə səfər etmişdi.
azpost