"Türkiyə ilə həmfikirik" - Yosimasa Hayasi
19 Mart 2022 15:49 Dünya"Ukraynanın ərazi bütövlüyü və suverenliyini müdafiədə həmfikir olduğumuzu bildirdik".
Olaylar.az xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi martın 19-da türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Türkiyədə keçirdiyi mətbuat konfransında bildirib.
Yapon qonaq ərazi bütövlüyü və suverenliyi ilə bağlı beynəlxalq hüququ müdafə edəcəklərini vurğulayıb. O, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını ittiham edib.
Nazirlər ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq məsələləri müzakirə etdiklərini bildiriblər.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31